MİKROTUNEL BORUSU
Mikrotunel Borusu böyük həcmli kollektorların çəkintisində istifadə olunur. Bu xəttin çəkilməsi adətən qazma üsulu ilə deyil, şaxtadan şaxtaya yer altı ötürmə vasitəsi ilə həyata keçirilir. Artıq əvvəlcədən mövcud olan metro stansiyalarının, binaların, magistral yolların, çayların, su kanallarının və digər maneələrin su, kanalizasiya, rabitə, elektrik, qaz xəttləri ilə kəsişmə nöqtəsində qazıntı etmədən iki şaxta vasitəsi ilə bir tərəfdən digər tərəfə xəttin çəkilməsində istifadə edilir. Bundan əlavə həmin borularla qazıntı üsulu ilə magistral yollarda kiçik çayların və heyvan keçidlərinin tikintisində istifadə edilir. . Boru betonu sulfata davamlı sement, qum, qırmadaş ələntisi, plastikator və su vasitəsi ilə hazırlanır. İstifadə olunan betonun markası B35 (M450)-dir. Borunun armatur karkası O 8 mm diametrli millər və həmin milləri bir-birinə sipiralvari bağlayan O 10 mm diametrli armaturdan hazırlanır. Boruların birləşməsi 10 mm qalınlığında 250 mm enində borunun səthi boyunca örtülmüş metal təbəqə vasitəsi ilə həyata kecirilir.